MƏSİHİ HƏYATI
«Allahın məhəbbətindən ayrılmayın» kitabı vasitəsilə ürəyə yol tapın
NƏ ÜÇÜN VACİBDİR? İnsanlar Yehovanın qayda-qanunlarını öyrənməli və onlara əməl etməlidirlər ki, Allah ibadətlərini qəbul etsin (Əş 2:3, 4). «Allahın məhəbbəti» kitabı ikinci əsas dərs vəsaitimizdir. Bu kitab Müqəddəs Kitab prinsiplərini tətbiq etməyə kömək edir (İb 5:14). Dərs keçərkən şagirdin ürəyinə yol tapmalıyıq. Onu elə öyrətməliyik ki, düzgün niyyətdən irəli gələrək dəyişməyə təşviq olunsun (Rm 6:17).
BUNU NECƏ ETMƏLİ?
-
Şagirdin vəziyyətini ağlında tutaraq yaxşıca hazırlaş. Keçdiyin mövzu ilə bağlı nə düşündüyünü üzə çıxarmaq üçün suallar hazırla (Ms 20:5; be s. 259)
-
Kitabdakı çərçivələrin köməyilə şagirdə Müqəddəs Kitab prinsiplərinə əməl etməyin faydasını görməyə kömək et
-
Şagirdə vicdanla bağlı məsələlərdə özünün düşünməsinə kömək et, onun yerinə qərar vermə (Qt 6:5)
-
Şagirdin Müqəddəs Kitabın hansı prinsiplərinə əməl etmədiyini nəzakətlə üzə çıxart. Ona kömək et ki, həyatındakı dəyişiklikləri Yehovaya sevgidən irəli gələrək etsin (Ms 27:11; Yh 14:31)