Cüzamla bağlı qanunlardan nə öyrənirik?
Cüzamla bağlı qanunların əsasında duran prinsiplərdən ruhani sağlamlığımızı qorumaqla bağlı nə öyrənə bilərik?
-
Yehova kahinlərə cüzamı tez bir zamanda müəyyən etməyin yolunu öyrətmişdi. Bu gün də ağsaqqallar ruhani köməyə ehtiyacı olanlara dərhal kömək edirlər (Yq 5:14, 15)
-
İsraillilər cüzamın düşdüyü hər bir əşyanı məhv etməli idilər ki, cüzam yayılmasın. Məsihilər də onları günaha sürükləyən hər bir şeydən vaz keçməlidirlər, hətta həmin şey onlar üçün çox dəyərli olsa da (Mt 18:8, 9). Bura vərdişlər, dostlar və yaxud əyləncə də daxildir
Məsihi Yehovanın köməyini ürəkdən qəbul etdiyini necə göstərə bilər?