Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Jurnallardan istifadə edin

Jurnallardan istifadə edin

2018-ci ildən bəri jurnallarımızın kütləvi nəşrlərinin hər sayı bir mövzuya həsr olunur. Bu jurnalların hamısı xidmət üçün vəsaitlərimizə daxildir. Ona görə də onlardan xidmətdə istifadə edə bilərik. Həmçinin yola çıxanda, yaxud alış-verişə gedəndə də özümüzlə bir neçə jurnal götürə bilərik. Bu jurnallar Müqəddəs Kitab dərsi keçmək üçün nəzərdə tutulmayıb, amma onlar insanlarda Allah haqqında öyrənməyə həvəs oyada bilər.

Söhbətə başlayandan sonra ayə oxuyun və həmin insan üçün maraqlı olan mövzuda jurnal təqdim edin. Məsələn, ola bilsin, insan valideyndir, yaxud dərdi var, stresdən əziyyət çəkir. Onda deyə bilərsiniz: «Bu yaxınlarda bu mövzu ilə bağlı yaxşı məqalə oxumuşam. İstəyərdim sizə də göstərim». Görsəniz ki, ona maraqlı gəlir, elə ilk söhbət vaxtı ya jurnalın çap olunmuş nüsxəsini ona verə bilərsiniz, ya da elektron versiyasını göndərə bilərsiniz. Əsas məqsədimiz jurnal paylamaq olmasa da, öyrəndiklərinə əməl etməyə hazır olan kəsləri tapmaqda jurnalların böyük köməyi dəyə bilər (Hv 13:48).

2018

2019

2020

 

Sizin ərazinizdə insanları hansı mövzular maraqlandırır?