MƏSİHİ HƏYATI
Padşahlıq Müjdəçiləri Məktəbi üçün ərizə yazmaq istəyirsiniz?
23—65 yaş arasındasınız? Tamvaxtlı xidmətdəsiniz? Sağlamlığınız yaxşıdır? Təbliğçiyə tələbat olan istənilən ərazidə xidmət edə bilərsiniz? Əgər bu suallara cavabınız müsbətdirsə, Padşahlıq Müjdəçiləri Məktəbinə ərizə yazmaq barədə düşünmüsünüz? Bu məktəb yaranandan bəri minlərlə ər-arvad, subay bacılar və qardaşlar məktəbə ərizə yazıb. Bununla belə, subay qardaşlara daha çox ehtiyac var. Yehovaya dua edin ki, Onu razı salmaq və Oğlundan örnək almaq arzunuzu alovlandırsın (Zb 40:8; Mt 20:28; İb 10:7). Sonra isə bu məktəbdə oxumaq üçün işinizi və digər öhdəçiliklərinizi azaltmaq barədə götür-qoy edin.
Bu məktəbi bitirdikdən sonra məzunların qarşısında xidmət üçün hansı imkanlar açılır? Bəziləri başqa dildə danışılan ərazidə xidmət etməyə, yaxud iri şəhərlərdə xüsusi ictimai şahidlik işində iştirak etməyə təyin olunur. Digərləri isə sonradan rayon nəzarətçisinin köməkçisi, rayon nəzarətçisi, yaxud xüsusi təyinatlı müjdəçi kimi xidmət edir. Arzumuz budur ki, Yehovaya xidmət etməyin üsulları barədə düşündükcə siz də Əşiya peyğəmbər kimi: «Mən gedərəm! Məni göndər!» deyəsiniz (Əş 6:8).
«XÜSUSİ TƏYİNATLI MÜJDƏÇİLƏR — BİÇİNÇİLƏR» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Xüsusi təyinatlı müjdəçilər necə seçilir?
-
Xüsusi təyinatlı müjdəçi xidmətinə nə daxildir?
-
Xüsusi təyinatlı müjdəçilərin xidməti hansı bəhrələri gətirir?