MƏSİHİ HƏYATI
Yehovanın tərbiyə üsulunu dəstəkləməklə məhəbbətlə davranırıq
Tövbə etməyən günahkarı yığıncaqdan kənar etmək həm yığıncağı qoruyur, həm də həmin adamı tərbiyə edir (1Kr 5:6, 11). Yehovanın verdiyi tərbiyə üsulunu dəstəkləyəndə biz məhəbbətlə davranırıq. Bu necə ola bilər, axı kiminsə yığıncaqdan kənar edilməsi ona yaxın olan hər kəsə, eləcə də qohumlarına və intizam komitəsinin üzvlərinə kədər gətirir?
Ən əsası, bununla Yehovanın adına və müqəddəslik normalarına məhəbbətimizi göstəririk (1Bt 1:14—16). Həmçinin yığıncaqdan kənar edilmiş şəxsi də sevdiyimizi göstəririk. Ciddi cəza insana ağrı gətirsə də, insanda «salehliyin sülh bəhrəsini yetişdirir» (İb 12:5, 6, 11). Kənar olunmuş şəxslə, yaxud Yehovanın Şahidi olmaqdan imtina etmiş şəxslə ünsiyyəti davam etdirməklə Yehovanın verdiyi tərbiyəyə müdaxilə etmiş oluruq. Nəzərə alın ki, Yehova Öz xidmətçilərini «lazımi ölçüdə» cəzalandırır (Ər 30:11). Biz kənar olunmuş şəxsin mərhəmətli Atamız Yehovaya qayıdacağına ümid edirik. Özümüz isə Yehovanın tərbiyə üsulunu dəstəkləyirik və Onunla münasibətlərimizi möhkəm saxlamaq üçün əlimizdən gələni edirik (Əş 1:16—18; 55:7).
«BÜTÜN QƏLBİNİZLƏ SADİQ QALIN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Övladı Yehovanı tərk edən məsihi valideynlər hansı hissləri keçirir?
-
Bacı-qardaşlar ailə üzvü yığıncaqdan kənar olunmuş sadiq məsihilərə necə dəstək ola bilər?
-
Müqəddəs Kitabdakı hansı hadisə ailə üzvündən çox Yehovaya sadiq qalmağın vacib olduğunu göstərir?
-
Ailəmizdən çox Yehovaya sadiq olduğumuzu necə göstərə bilərik?