MƏSİHİ HƏYATI
Uşağınıza Yaradana qarşı inam aşılayın
Yaradılan hər şey Allahın əzəmətini bəyan edir (Zb 19:1—4; 139:14). Amma Şeytan dünyası həyatın əmələ gəlməsi ilə bağlı yalan nəzəriyyələr yaymaqla Allahın varlığını inkar edir (Rm 1:18—25). Bu kimi nəzəriyyələrin övladınızın ürəyində və zehnində kök salmaması üçün nə edə bilərsiniz? Uşağınıza elə kiçik yaşlarından Yehovanın var olduğuna və şəxsən onun qayğısına qaldığına inam aşılayın (2Kr 10:4, 5; Ef 6:16). Məktəbdə öyrəndikləri ilə bağlı övladınızın əslində nə düşündüyünü üzə çıxarmağa çalışın. Müxtəlif vəsaitlərdən istifadə edərək onun ürəyinə yol tapın (Ms 20:5; Yq 1:19).
«HƏMYAŞIDLARIN NƏ DEYİR? YARADANIN OLMASI» ADLI VİDEOYA BAXDIQDAN SONRA AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:
Allahın varlığı ilə bağlı hansı yanlış fikir geniş yayılıb?
Məktəbinizdə bununla bağlı nə öyrədirlər?
Yehova Allahın mövcud olduğuna nəyə görə inanırsan?
Başqalarına hər şeyi Allahın yaratdığını anlamağa necə kömək edə bilərsən?