Kontentə keç

Mündəricatı göstər

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏŞİYA 58—62

«Yehovanın iltifat ilini bəyan edin»

«Yehovanın iltifat ilini bəyan edin»

«Yehovanın iltifat ili» ifadəsi hərfi məna daşımır

61:1, 2

  • Bu, Yehova Allahın həlim insanlara Onun azadlıq xəbərinə hay verməyə imkan verdiyi dövrdür

  • Eramızın birinci əsrində «Yehovanın iltifat ili» 29-cu ildə İsa Məsihin xidmətini icra etməsi ilə başladı və 70-ci ildə Yehovanın «intiqam günü»ndə Yerusəlimin dağılması ilə başa çatdı

  • Bizim dövrdə isə «Yehovanın iltifat ili» 1914-cü ildə İsa Məsihin göydə taxtda oturması ilə başladı və böyük müsibətdə sona yetəcək

Yehova Öz xalqını «böyük salehlik ağacları» ilə mükafatlandırır

61:3, 4

  • Dünyada ən hündür ağaclara, adətən, meşələrdə rast gəlmək olur, çünki orada ağaclar bir-birinin böyüməsinə kömək edirlər

  • Köklərinin bir-birinə sıx dolaşması sayəsində torpağa bərkiyən ağaclar şiddətli küləklərə qarşı davamlı olur

  • Hündür ağaclar kölgə salıb fidanları günəşin istisindən qoruyur, tökülən yarpaqları isə torpağı gübrələyir

Bütün dünyadakı məsihilər «böyük salehlik ağacları»ndan — məsh olunmuşlardan dəstək və müdafiə əldə edirlər