Yeni göylər və yeni yer böyük sevinc gətirəcək
Yehovanın Əşiya 65-ci fəsildəki hər şeyi yeniləşdirməklə bağlı verdiyi vəd o qədər dəqiqdir ki, O, bu haqda artıq yerinə yetmiş bir şey kimi danışır.
Yehova yeni göylər və yeni yer yaradır; keçmiş şeylər bir daha xatırlanmayacaq
«Yeni göylər» deyiləndə nə nəzərdə tutulur?
-
Yer üzündə ədaləti bərqərar edəcək yeni hökumət
-
Bu hökumət 1914-cü ildə, İsa Məsih Allahın Padşahlığının Padşahı kimi taxta çıxanda qurulub
«Yeni yer» deyiləndə nə nəzərdə tutulur?
-
Səmavi hökumətə məmnuniyyətlə tabe olan hər millətdən, dildən və irqdən ibarət insan cəmiyyəti
Keçmiş şeylər hansı mənada yada düşməyəcək?
-
Bizə fiziki, əqli və emosional cəhətdən əzab verən pis xatirələrimizi yada salacaq heç bir şey baş verməyəcək
-
Mömin insanlar həyatın hər anından zövq alacaq və hər ötən gün xoş xatirə kimi yaddaşlarda qalacaq