Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

«Atana və anana hörmət et»

«Atana və anana hörmət et»

İsa Məsih növbəti əmrə xüsusi diqqət yetirmişdi: «Atana və anana hörmət et» (Çx 20:12; Mt 15:4). O, heç vaxt valideynlərinin sözündən çıxmırdı (Lk 2:51). İsa Məsih ölümünə yaxın anasını etibarlı əllərə tapşırmışdı (Yh 19:26, 27).

Bizim dövrdə də məsihi uşaqlar valideynlərinə itaət etməklə və onlarla nəzakətlə danışmaqla valideynlərinə hörmət etmiş olurlar. Övlad yaşından asılı olmayaraq, həmişə valideynlərinə hörmət etməlidir. Valideynimiz ahıl yaşında olsa belə, biz onların verdiyi məsləhətə qulaq asmalıyıq (Ms 23:22). Yaşlı valideynlərimizə hörmət etdiyimizi həmçinin onların mənəvi və maddi ehtiyaclarını ödəməklə də göstərə bilərik (1Tm 5:8). Yaşca cavan və ya yetkin olmağımıza baxmayaraq, valideynlərimizlə yaxşı münasibəti qorumaq onlara hörmət etməyimizin açarıdır.

«VALİDEYNLƏRİMLƏ NECƏ SÖHBƏT EDƏ BİLƏRƏM?» ADLI QƏLƏM ANİMASİYASINA BAXDIQDAN SONRA AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:

  • Valideynlərinlə söhbət etmək bəzən nəyə görə çətin ola bilər?

  • Valideynlərinlə söhbət edərkən onlara hörmət etdiyini necə göstərə bilərsən?

  • Nəyə görə valideynlərinlə söhbət etməyə cəhd göstərmək vacibdir? (Ms 15:22)

    Valideynlərinlə söhbət etmək sənə həyatda düzgün yol tutmağına kömək edəcək