İsa Məsih kimisə günaha sürükləməyin nə dərəcədə ciddi olduğunu əyani nümunələrlə göstərmişdi.
-
«Maneələr» deyəndə insanı günaha sürükləyən hərəkət və ya vəziyyət nəzərdə tutulur
-
Kimisə günaha sürükləyən insanın boynuna dəyirman daşı asıb dənizə atsaydılar, daha yaxşı olardı
-
İsa Məsih davamçılarına demişdi ki, hətta əgər əlin və ya gözün səni günaha sürükləyirsə, onu özündən kənarlaşdır
-
Hansısa bədən üzvünü itirib Allahın Padşahlığına girmək əbədi məhvin simvolu olan Hinnom vadisinə sağ-salamat atılmaqdan yaxşıdır
Mənim üçün «maneə» nə ola bilər? Nə edə bilərəm ki, nə başqasını günaha sürükləyim, nə də özüm günaha aparan yola qədəm qoyum?