Kontentə keç

Mündəricatı göstər

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | MƏTTA 12, 13

Buğda və alaq otu məsəli

Buğda və alaq otu məsəli

İsa Məsih buğda və alaq otu məsəlindən istifadə edərək b. e. 33-cü ilində səpilən buğdanın, yəni məsh olunmuş məsihilərin bəşəriyyətin içərisindən necə və nə vaxt toplanacağını təsvir etmişdi.

13:24

«Öz tarlasında yaxşı toxum əkmiş adam»

  • Əkinçi: İsa Məsih

  • Yaxşı toxum: İsa Məsihin müqəddəs ruhla məsh olunmuş davamçıları

  • Tarla: bəşəriyyət

13:25

«Adamlar yatanda onun düşməni gəldi, buğdanın arasına alaq toxumu səpib getdi»

  • Düşmən: İblis

  • Yatmış adamlar: həvarilərin ölümü

13:30

«Qoy ikisi də biçinə qədər bir yerdə böyüsün»

  • Buğda: məsh olunmuş məsihilər

  • Alaq otları: saxta məsihilər

«Əvvəlcə alaq otlarını yığıb dərz bağlayın... sonra isə buğdanı... toplayın»

  • Nökərlər/biçinçilər: mələklər

  • Alaq otları yığılır: saxta məsihilər məsh olunmuş məsihilərdən ayrılır

  • Anbara toplamaq: məsh olunmuş məsihilər yığıncaqlara toplanır

Biçin mövsümü başlayanda həqiqi məsihilər saxta məsihilərdən nə ilə fərqləndi?

Bu məsəli başa düşməyimin mənə hansı faydası var?