Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Dözüm göstərib gözləyin

Dözüm göstərib gözləyin

Allahın Padşahlığının gəlməsini nə qədər vaxtdır gözləyirsiniz? Çətinliklərə baxmayaraq, səbirlə dözüm göstərirsiniz? (Rm 8:25) Bəzi məsihilər ədavətlə, pis rəftarla, həbs, hətta ölüm təhlükəsilə üzləşirlər. Digərləri isə xroniki xəstəlik, yaxud qocalıq kimi problemlərdən əziyyət çəkir.

Bizə çətin vəziyyətdə dözüm göstərib gözləməyə nə kömək edə bilər? İmanımızı hər gün Müqəddəs Kitabı oxuyub düşünməklə qidalandırmalıyıq. Diqqətimizi ümidimizə cəmləməliyik (2Kr 4:16—18; İb 12:2). Duada Yehovaya yalvarıb müqəddəs ruhu vasitəsilə bizə güc verməsini istəməliyik (Lk 11:10, 13; İb 5:7). Mehriban Atamız bizə «sevinclə və səbirlə tab gətirməyə» kömək edə bilər (Kl 1:11).

«“YARIŞDA DÖZÜMLƏ QAÇIN”. QALİBİYYƏTƏ İNANIN» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:

  • Həyatımızda hansı «təsadüf» baş verə bilər? (Vz 9:11)

  • Dua bizə sınaqlara tab gətirməyə necə kömək edir?

  • Əgər Yehovaya əvvəlki qədər xidmət edə bilmiriksə, nəyə görə diqqətimizi edə bildiyimiz şeylərə cəmləməliyik?

  • Gözünüz mükafatda olsun

    Mükafat alacağınıza əmin olmağa sizə nə kömək edir?