Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Xidmətdə püxtələşək. Tərəqqi etməyən insanla dərsi dayandırın

Xidmətdə püxtələşək. Tərəqqi etməyən insanla dərsi dayandırın

NƏYƏ GÖRƏ VACİBDİR? İnsanlar xilas olmaq üçün Yehovanın adını çağırmalıdır (Rm 10:13, 14). Amma Müqəddəs Kitab dərsi keçən hər insan Yehovanın prinsiplərinə uyğun yaşamaq istəmir. Biz xidmətə sərf etdiyimiz dəyərli vaxtımızdan səmərəli istifadə etməliyik və Yehovanı razı salmaq üçün həyatında dəyişiklik etmək istəyən insanlara kömək etməliyik. Əgər Müqəddəs Kitabı öyrənən adam kifayət qədər vaxtdan sonra da inkişaf etmirsə, gücümüzü Yehovanın Özünə və təşkilatına cəlb etdiyi insanlara sərf etməliyik (Yh 6:44). Təbii ki, gələcəkdə onun «əbədi həyata aparan yolda yeriməyə meyli» olduğu əməllərindən görünsə, onda məmnuniyyətlə onunla yenidən dərs keçməyə başlayarıq (Hv 13:48).

NECƏ ETMƏLİ?

  • Onu dəqiq bilik almaq istədiyinə görə tərifləyin (1Tm 2:4)

  • Öyrəndiklərinə əməl etməyin vacibliyini vurğulayın (Lk 6:46—49)

  • İsanın əkinçi məsəlini nəzakətlə müzakirə edin və ona öyrəndiklərinə əməl etməyə nəyin mane olduğu barədə düşünməyi məsləhət görün (Mt 13:18—23)

  • Dərsi dayandırmağınızın səbəbini nəzakətlə izah edin

  • Arada onunla əlaqə saxlayacağınızı deyin. Bildirin ki, əgər lazımi dəyişikliyi edərsə, yenidən dərsə başlamaq olar

VİDEOYA BAXANDAN SONRA AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:

  • İnsanın ruhani inkişaf etmədiyi söhbət əsnasında necə bəlli oldu?

  • Təbliğçi ona dəyişiklik etməli olduğunu necə başa saldı?

  • Təbliğçi ona necə bildirdi ki, gələcəkdə lazımi dəyişikliyi etsə, yenə də onunla dərs keçməyə hazırdır?