MƏSİHİ HƏYATI
Sadə həyat sürməklə Allahı şərəfləndir
Bu gün çox şey həyatımızı ağırlaşdırır. Alış-veriş etmək, aldığımız şeyi istifadə etmək, ona qulluq etmək, qorumaq vaxtımızı və gücümüzü alır. İsa Məsih sadə həyat tərzi sürdüyü üçün maddi şeylər onu xidmətdən yayındırmırdı (Mt 8:20).
Daha çox xidmət etmək üçün həyatınızı hansı sahələrdə sadələşdirə bilərsiniz? Ailənizdən kiminsə öncül kimi xidmət etməsi üçün hansı dəyişiklikləri edə bilərsiniz?
Tammüddətli xidmətdə olsanız belə, düşünün, maddi şeylər yavaş-yavaş həyatınızı ağırlaşdırmağa başlamayıb ki? Yehovaya xidmət etmək üçün sadə həyat sürmək xoşbəxtlik və məmnunluq gətirir (1Tm 6:7—9).
Həyatınızı sadələşdirmək üçün nə edə biləcəyinizi yazın.