Kontentə keç

Mündəricatı göstər

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LUKA 10, 11

Xeyirxah səməriyyəli məsəli

Xeyirxah səməriyyəli məsəli

10:25—37

Bir qanunşünas İsadan: «Mən kimi sevməliyəm?» — deyə soruşanda o, bu məsəli çəkmişdi (Lk 10:25—29). İsa bilirdi ki, məsihi yığıncağında «hər cür» insan, o cümlədən səməriyyəlilər və başqa xalqlardan olan insanlar olacaq (Yh 12:32). Bu məsəllə o, davamçılarına başa salırdı ki, onlar başqalarına, hətta onlardan tamamilə fərqlənən insanlara da məhəbbət göstərməyə çalışmalıdırlar.

ÖZÜNÜZDƏN SORUŞUN:

  • Başqa mədəniyyətdən olan bacı-qardaşlara necə yanaşıram?

  • Əsasən kimlərlə vaxt keçirirəm, oxşar cəhətlərim olan dindaşlarımla?

  • Ürəyimi geniş açıb müxtəlif mənşəli dindaşlarımla yaxından tanış ola bilərəm? (2Kr 6:13).

İstəyirəm . . .

  •  xidmətə dəvət edim

  •  nahara qonaq edim

  •  növbəti ailəvi ibadətə çağırım