Kontentə keç

Mündəricatı göstər

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN | XİDMƏTDƏ SEVİNCİNİZİ ARTIRIN

Şəfqətli olun

Şəfqətli olun

Şəfqətli insan başqalarının fikirlərini, hisslərini, dəyərlərini və ehtiyaclarını başa düşür. Adətən, şəfqət göstərəndə qarşı tərəf bunu dərhal hiss edir. Əgər biz, həqiqətən də, insanlara kömək etmək istəyiriksə, onlara qarşı şəfqətli olacağıq. Təbliğ edərkən şəfqətli davrananda Yehovanın məhəbbət və qayğısını təzahür etdirmiş oluruq. Bu isə insanları Ona cəlb edir (Fp 2:4).

Biz şəfqət göstərməyə sadəcə təlim üsulu kimi baxmırıq. Qarşımızdakı insanı diqqətlə dinləməklə, həmçinin danışarkən əhvali-ruhiyyəmiz, jestlərimiz və üz ifadəmizlə şəfqət göstəririk. Biz insana səmimi maraq göstərəndə də şəfqətli davranmış oluruq. İnsanın marağını, əqidəsini və şəraitini nəzərə alırıq. İnsana faydalı məlumat verir, köməklik edirik, amma dəyişməsi üçün ona təzyiq göstərmirik. Təbliğ etdiyimiz insanlar köməyimizi qəbul edəndə xidmətdə sevincimiz daha da artır.

«XİDMƏTDƏ PÜXTƏLƏŞƏRƏK ŞAGİRD HAZIRLAMAĞIN SEVİNCİNİ DADIN. ŞƏFQƏTLİ OLUN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Ceyd gecikəndə Nita ona necə şəfqətlə yanaşdı?

  • Ceyd dərs keçə bilməyəcəyini, stresdə olduğunu deyəndə Nita ona necə şəfqət göstərdi?

  • Bizim şəfqətli davranışımız insanları Yehovaya cəlb edir

    Ceyd səliqə-sahmanlı olmadığını deyəndə Nita ona necə şəfqət göstərdi?