Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Ağbirçəklərlə anan kimi, cavan qadınlarla bacın kimi davran

Ağbirçəklərlə anan kimi, cavan qadınlarla bacın kimi davran

Müqəddəs Kitab bizi yaşlı məsihilərlə ata-anamız kimi, cavanlarla isə bacı-qardaşımız kimi davranmağa səsləyir. (1 Timutiyə 5:1, 2 ayələrini oxuyun.) Xüsusilə qardaşlardan gözlənilir ki, bacılarla ləyaqətlə və hörmətlə rəftar etsinlər.

Qardaş heç vaxt bacı ilə flirt etməməli və bacının özünü narahat hiss etməsinə səbəb olan hərəkətə yol verməməlidir (Əy 31:1). Subay qardaş subay bacının hissləri ilə oynamamalıdır, yəni bacıya romantik hisslər bəsləmədiyi halda onda belə təəssürat oyatmamalıdır.

Bacılar hörmətcil şəkildə nəsə soruşanda və ya diqqət yetirilməli məqamları vurğulayanda ağsaqqallar buna etinasız yanaşmamalıdır. Ağsaqqallar həyat yoldaşı olmayan bacılara xüsusilə diqqətli olmalıdır. Axı bu bacıların əri yoxdur ki, onları müdafiə etsin (Rt 2:8, 9).

«YIĞINCAQDA TÜKƏNMƏZ MƏHƏBBƏT GÖSTƏRİN. YETİMLƏRƏ VƏ DULLARA» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Yığıncaqdakılar Su Su bacıya necə fədakar məhəbbət göstərmişdilər?

  • Bacı-qardaşların məhəbbəti kənd camaatına necə şahidlik oldu?

  • Bacı-qardaşların məhəbbəti Su Su bacının qızlarına necə təsir etdi?

Bəs siz yığıncağınızdakı bacıların qeydinə necə qala bilərsiniz?