Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Söhbət planından necə istifadə etməli?

Söhbət planından necə istifadə etməli?

Söhbət planının hazırlanması üçün çox zəhmət çəkilir və bir çox təbliğçilər öz ərazilərində bu plandan uğurla istifadə edirlər. Lakin dünyanın hər yerində vəziyyət eyni deyil. Buna görə də təbliğçilər xidmətdə olarkən öz ərazilərindəki insanlara maraqlı olan başqa sualdan, ayədən, keçiddən və ya mövzudan istifadə edə bilərlər. Ancaq xüsusi kampaniya ilə bağlı göstərişlərə hamı əməl etməlidir. Bizim məqsədimiz İsanın tapşırığını yerinə yetirmək, Padşahlıq haqqında müjdəni təbliğ etməkdir (Mt 24:14).

Şagird tapşırıqlarını yerinə yetirərkən təbliğçilər «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə çap olunan söhbət planındakı mövzunu müzakirə etməlidirlər. Konkret göstəriş verilməyibsə, təbliğçilər söhbət planındakı mövzunu dəyişməmək şərtilə öz ərazilərində effektiv olan sual, ayə, keçid və ya vəziyyət seçə bilərlər. Bu, «İş dəftəri»nin 2020-ci il iyun sayının 8-ci səhifəsindəki göstərişə edilən dəyişiklikdir.