MƏSİHİ HƏYATI | YENİ XİDMƏT İLİ ÜÇÜN QARŞINIZA MƏQSƏDLƏR QOYUN
Öncüllük
Qarşımıza ruhani məqsədlər qoyuruqsa, deməli, gücümüzü faydalı işlərə sərf etmək istəyirik (1Kr 9:26). Məqsədlər bizə kömək edir ki, sona az qalmış bir dövrdə vaxtımızdan düzgün istifadə edək (Ef 5:15, 16). Yeni xidmət ilində hansı məqsədlərə çatmaq istəyirsiniz? Bunu ailəvi ibadətdə müzakirə edə bilərsiniz. Bu işdə sizə kömək etmək üçün «İş dəftəri»nin bu sayında bəzi məqsədlərlə bağlı məqalələr dərc edilib. Dua edərək onları nəzərdən keçirin (Yq 1:5).
Məsələn, bütün ailə əl-ələ verib ən azı bir nəfərin öncül olmasına kömək edə bilər? Əgər saat normasını çatdıracağınıza inanmırsınızsa, sizinlə oxşar şəraitdə olan öncüllərlə məsləhətləşə bilərsiniz (Ms 15:22). Hətta öncüllərdən kimisə ailəvi ibadətinizə dəvət edib, onunla bu barədə söhbət edə bilərsiniz. Sonra cədvəl qurun. Əgər əvvəllər öncül olmusunuzsa, düşünün görün indi də şəraitiniz öncül olmağa yol verir, ya yox.
Ailə üzvləriniz bir və ya bir neçə ay köməkçi öncül ola bilər? Əgər gücünüz zəifdirsə, hər gün az-az xidmət edərək köməkçi öncül ola bilərsiniz. Ola bilsin, tam iş günü işləyirsiniz, yaxud məktəblisiniz və buna görə də həftəarası günlərdə xidmətə çıxa bilmirsiniz. O zaman bayramlar, yaxud beş həftəsonu olan ayda köməkçi öncül ola bilərsiniz. Köməkçi öncül olmaq istədiyiniz ayları təqvimdə qeyd edin və cədvəl tərtib edin (Ms 21:5).
«CƏSUR OLUN. ÖNCÜLLƏR» ADLI VİDEOYA BAXANDAN SONRA SUALA CAVAB VERİN:
-
Emma bacının nümunəsi necə göstərir ki, Yehova öncül olmaq üçün qurbanlar verən kəsləri sevir və onların qeydinə qalır?