Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Ailənizə sevinc bəxş edə bilərsiniz

Ailənizə sevinc bəxş edə bilərsiniz

Yehova istəyir ki, ailələr xoşbəxt olsun (Zb 127:3—5; Vz 9:9; 11:9). Amma bu dünyanın yaratdığı stres və ailə üzvlərimizin səhvləri sevincimizə kölgə sala bilər. Ailənin hər bir üzvü ailədəki sevincə töhfə vermək üçün nə edə bilər?

Ər arvadına hörmət qoyur (1Bt 3:7). Onunla vaxt keçirir. Yoldaşına qarşı anlayışlıdır, ondan gücündən artığını gözləmir və arvadının onun üçün, ailəsi üçün etdiklərini qiymətləndirir (Kl 3:15). O, yoldaşına olan sevgisini dilə gətirir və onu tərifləyir (Ms 31:28, 31).

Qadın ərini dəstəkləmək üçün əlindən gələni edir (Ms 31:12). O, ərinə tabe olur, onunla əməkdaşlıq edir (Kl 3:18). Həmçinin əri ilə nəzakətlə danışır. Başqalarının yanında da əri haqqında hörmətcil danışır (Ms 31:26).

Valideynlər övladlarına vaxt ayırır (Qn 6:6, 7). Övladlarına onları sevdiklərini deyir (Mt 3:17). Uşaqlarına tərbiyə, öyüd-nəsihət verəndə bunu məhəbbətlə və bəsirətlə edir (Ef 6:4).

Uşaqlar valideynlərinə hörmət qoyur və onlara itaət edir (Ms 23:22). Onlar valideynləri ilə fikirlərini və hisslərini bölüşür. Onlar valideynlərini sayıb, sözünə qulaq asır (Ms 19:20).

«AİLƏNİZDƏ SEVİNC HÖKM SÜRSÜN» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALA CAVAB VERİN:

• Ailələrində sevinc hökm sürməsi üçün ailənin hər bir üzvü nə etdi?