Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Sentyabrda Allahın Padşahlığını bəyan etmək üçün xüsusi kampaniya

Sentyabrda Allahın Padşahlığını bəyan etmək üçün xüsusi kampaniya

Sentyabr ayı ərzində var gücümüzlə çalışacağıq ki, insanlara bəşəriyyətin problemlərinin yeganə həll yolunun Allahın Padşahlığı olduğunu bəyan edək (Mt 24:14). Bu işdə necə iştirak edə bilərsiniz? Həmin ay ərzində çalışın mümkün qədər çox insana Allahın Padşahlığı haqda ayə oxuyasınız. Kimsə maraq göstərərsə, ona «Gözətçi qülləsi» № 2, 2020 jurnalını verin. Sonra isə mümkün qədər tez ona yenidən baş çəkin və «Əbədi xoşbəxt həyat!» broşürü vasitəsilə Müqəddəs Kitab dərsinə başlamağa çalışın. Sentyabr ayı ərzində köməkçi öncül kimi xidmət edənlər 15, yaxud 30 saatlıq norma ilə xidmət edə bilər.

Allahın Padşahlığının bütün hökumətləri məhv edəcəyi günə çox az qalıb (Dn 2:44; 1Kr 15:24, 25). Odur ki, gəlin bu xüsusi fürsətdən tam istifadə edərək Yehovanı və Onun Padşahlığını dəstəklədiyimizi göstərək!