Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Yeni xidmət ili üçün hansı məqsədləriniz var?

Yeni xidmət ili üçün hansı məqsədləriniz var?

Ruhani məqsədlər deyəndə Yehovaya xidmətdə əlimizdən gələni etmək, Onun ürəyini sevindirmək üçün var gücümüzlə çalışmaq nəzərdə tutulur. Ruhani məqsədlər bizə yetkin məsihi olmağa kömək edir. Bu məqsədlərə çatmaq üçün vaxtımızı və gücümüzü sərf etməyə dəyər (1Tm 4:15). Nəyə görə məqsədlərimizi mütəmadi olaraq nəzərdən keçirməliyik? Çünki vəziyyətimiz dəyişə bilər. Əvvəllər qoyduğumuz məqsəd artıq bizim üçün real olmaya bilər, yaxud qoyduğumuz məqsədə artıq çatmışıq və yenisini qoymaq lazım gələ bilər.

Yeni xidmət ili başlamamış məqsədlərimizi nəzərdən keçirmək yaxşı olardı. Bu, yeni məqsədlər qoymaq üçün ən yaxşı vaxtdır. Ailəvi ibadət vaxtı bu mövzunu müzakirə edin, görün həm özünüz üçün, həm də ailəlikcə hansı məqsədləri qoya bilərsiniz.

Aşağıdakı sahələrlə bağlı konkret hansı məqsədləri qoya bilərsiniz? Bu məqsədə çatmaq üçün hansı addımları ata bilərsiniz?

Müqəddəs Kitabı oxumaq, fərdi mütaliə etmək, yığıncaqlara gəlmək, şərh vermək (w02 1/9 s. 11, abz. 14, 15)

Təbliğ etmək (w23.05 s. 27, abz. 4, 5)

Məsihi xüsusiyyətləri (w22.04 s. 23—24, abz. 5, 6)

Digər: