MƏSİHİ HƏYATI
Yehovanın sədaqətini və məhəbbətini örnək alın
Yehova sədaqətin və məhəbbətin ən bariz təcəssümüdür (Zb 103:8, 11, haş.). Bu məhəbbət bir anın içində yaranan və ötüb keçən hisslərdən ibarət deyil. Yehovanın sədaqəti və məhəbbəti dərindir, sarsılmazdır. Yehova bu xüsusiyyətlərini İsrail xalqına müxtəlif üsullarla göstərmişdi. O onları Misir əsarətindən qurtardı və Vəd edilmiş diyara apardı (Zb 105:42—44). O, xalqı üçün döyüşmüş və günahlarını dəfələrlə bağışlamışdı (Zb 107:19, 20). Yehovanın məhəbbətlə etdiyi «xeyirxah əməllərinə yaxşı-yaxşı diqqət» yetirsək, Ondan örnək götürə bilərik (Zb 107:43).
«YEHOVANIN MƏHƏBBƏTİNƏ YAXŞI-YAXŞI DİQQƏT YETİRİN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Sədaqətimizi və məhəbbətimizi hansı yollarla göstərə bilərik?
-
Nəyə görə məhəbbət göstərmək üçün qurbanlar vermək lazımdır?