Kontentə keç

Mündəricatı göstər

Kokkinakis v. Greece: Droit réservé

Yuxarıda soldan başlayaraq saat əqrəbi istiqamətində: Qərbi Virginiya ştatının milli təhsil şöbəsi Barnetə qarşı; Kokkinakis Yunanıstana qarşı; Taqanroqdakı yerli dini təşkilat və başqaları Rusiyaya qarşı; Ça və başqaları Cənubi Koreyaya qarşı

MƏSİHİ HƏYATI

Müjdənin müdafiəsi və qanuni tanınması

Müjdənin müdafiəsi və qanuni tanınması

Düşmənlər məbədin inşasını dayandırmağa çalışanda bənnalar tikinti ilə bağlı qanuni haqlarını müdafiə etmək üçün lazım olan hər şeyi etdilər (Üz 5:11—16). Eynilə, bu gün də məsihilər xoş xəbərin müdafiəsi və qanuni tanınması üçün əllərindən gələni edirlər (Fp 1:7). Bu məqsədlə 1936-cı ildə baş idarədə Hüquq şöbəsi yaradılıb. Bu gün Baş idarənin Hüquq şöbəsi Padşahlıq işinin bütün dünyada müdafiə olunması üçün lazımi işləri təşkil edir. Bu şöbə Yehovanın işinin irəliləməsində hansı rolu oynayır və Allahın xalqına necə fayda gətirir?

«BAŞ İDARƏDƏKİ HÜQUQ ŞÖBƏSİ İLƏ TANIŞLIQ» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Yehovanın Şahidləri hansı hüquqi çətinliklərlə qarşılaşırlar?

  • Hansı hüquqi qələbələrimiz olub? Nümunə çəkin.

  • Müjdənin müdafiəsi və qanuni tanınması üçün siz nə edə bilərsiniz?

  • Allahın xalqı ilə bağlı hüquqi xəbərləri və əqidəsinə görə həbsdə yatan Yehovanın Şahidlərinin siyahısını saytımızdan necə tapa bilərik?