Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Onlar bizə xidmət etmək üçün can qoyurlar

Onlar bizə xidmət etmək üçün can qoyurlar

Rayon nəzarətçiləri və həyat yoldaşları fədakarlıqla bacı-qardaşlara xidmət edirlər. Hamı kimi onların da qayğıları olur, hərdən onlar da yorulur, ruhdan düşür, narahatlıq keçirirlər (Yq 5:17). Buna baxmayaraq, onlar diqqətlərini hər həftə ziyarət etdikləri yığıncaqdakı bacı-qardaşları ruhlandırmağa cəmləyirlər. Rayon nəzarətçiləri «ikiqat hörmətə layiq»dirlər (1Tm 5:17).

Həvari Bulus «ruhani ənam bəxş etmək» üçün Roma yığıncağını ziyarət etməyi planlaşdıranda qarşılıqlı ruhlanmağı ürəkdən arzulayırdı (Rm 1:11, 12). Bəs siz rayon nəzarətçisini və əgər evlidirsə, həyat yoldaşını necə ruhlandıracağınız barədə düşünmüsünüz?

«UCQAR ƏRAZİDƏKİ RAYON NƏZARƏTÇİSİNİN GÜNDƏLİK HƏYATI» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:

  • Rayon nəzarətçiləri və həyat yoldaşları yığıncaq üçün hansı fədakarlıqları edirlər?

  • Onların ziyarətindən şəxsən siz necə faydalana bilərsiniz?

  • Onları ruhlandırmaq üçün biz nə edə bilərik?