Kontentə keç

Mündəricatı göstər

15—21 iyul

ZƏBUR 63—65

15—21 iyul

Nəğmə 108 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. «Məhəbbətin həyatdan şirindir»

(10 dəq.)

Allahla yaxın münasibət həyatdan daha dəyərlidir (Zb 63:3; w02 1/2 s. 19, abz. 17, 18)

Yehovanın bizə göstərdiyi məhəbbət haqda düşünəndə Ona minnətdarlığımız artır (Zb 63:6; w19.12 s. 28, abz. 4; w15 15/10 s. 24, abz. 7)

Yehovaya göstərdiyi məhəbbətə görə minnətdarıq və bu bizi Ona sevinclə həmdlər ucaltmağa təşviq edir (Zb 63:4, 5; w09 15/7 s. 16, abz. 6)

AİLƏVİ İBADƏT ÜÇÜN TƏKLİF: Yehovanın sizə məhəbbətini hansı yollarla göstərdiyini müzakirə edin.

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 64:3. Bu ayə bizə daima müsbət tərzdə danışmağa necə kömək edir? (w15 15/12 s. 20, abz. 10)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(2 dəq.) EV-EV TƏBLİĞ. Ev sahibi əcnəbi dildə danışır (lmd dərs 3, bənd 4).

5. Söhbətə başlamaq

(2 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Söhbət siz şahidlik etməzdən əvvəl başa çatır (lmd dərs 2, bənd 4).

6. Söhbətə başlamaq

(3 dəq.) İCTİMAİ ŞAHİDLİK. Hansı mövzunun insan üçün maraqlı olduğunu müəyyən et və təkrar söhbət üçün vaxt təyin et (lmd dərs 1, bənd 5).

7. Əqidəniz barədə danışın

(4 dəq.) Səhnəcik. ijwfq məqalə 51. Mövzu: Nə üçün Yehovanın Şahidləri «mənə maraqlı deyil» deyən insanlara yenə də təbliğ edirlər? (lmd dərs 4, bənd 3)

MƏSİHİ HƏYATI

Nəğmə 154

8. Allaha məhəbbətimizi necə göstərə bilərik?

(15 dəq.). Müzakirə.

Yehova məhəbbəti bol Allahdır (Zb 86:15). Bu ayədəki «məhəbbət» ifadəsi öhdəlik, dürüstlük, sədaqət və dərin bağlılıq hissindən irəli gələn sevgiyə aid işlədilir. Düzdür, Yehova bütün insanlara məhəbbət göstərir, amma Onunla sıx münasibətləri olan xidmətçilərinə qarşı daha dərin məhəbbət bəsləyir (Zb 33:18; 63:3; Yh 3:16; Hv 14:17). Yehovanın sevgisinə dəyər verdiyimizi Onu sevməklə göstərə bilərik. Necə? «Şagird hazırlayın» əmri də daxil olmaqla Onun bütün əmrlərinə itaət etməklə (Mt 28:19; 1Yh 5:3).

«Xidmətdə tükənməz məhəbbət göstərin» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

Məhəbbət bizi aşağıdakı vəziyyətlərdə müjdəni təbliğ etməyə necə təşviq edir?

  • yorğun olanda

  • təqiblərlə üzləşəndə

  • gündəlik işlərimizlə məşğul olanda

9. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 79 və dua