26 avqust — 1 sentyabr
ZƏBUR 78
Nəğmə 97 və dua | Giriş sözlər (1 dəq.)
1. İsraillilərin sədaqətsizliyi bizim üçün ibrətdir
(10 dəq.)
İsraillilər Yehovanın möhtəşəm işlərini unutdular (Zb 78:11, 42; w96-E 1/12 s. 29—30)
İsraillilər Yehovanın onlar üçün etdiklərini qiymətləndirmədilər (Zb 78:19; w06 1/8 s. 9, abz. 16)
İsraillilər səhvlərindən dərs çıxarmadılar, əksinə, dəfələrlə sədaqətsizlik etdilər (Zb 78:40, 41, 56, 57; w11-E 1/7 s. 10, abz. 3, 4)
DÜŞÜNÜN: Yehovaya sadiq qalmağa bizə nə kömək edə bilər?
2. Hikmət xəzinəsindən incilər
(10 dəq.)
-
Zb 78:24, 25. Manna nəyə görə «göylərin taxılı» və «qüdrətlilərin çörəyi» adlanır? (w06 1/8 s. 21, abz. 4)
-
Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?
3. Müqəddəs Kitab qiraəti
(4 dəq.) Zb 78:1—22 (th dərs 5)
4. Söhbətə başlamaq
(3 dəq.) EV-EV TƏBLİĞ. Müqəddəs Kitab dərsi təklif et (lmd dərs 5, bənd 5).
5. Söhbətə başlamaq
(3 dəq.) EV-EV TƏBLİĞ. Buklet vasitəsilə söhbətə başla. Müqəddəs Kitab dərsi təklif et (lmd dərs 5, bənd 4).
6. Söhbətə başlamaq
(1 dəq.) EV-EV TƏBLİĞ. Qarşındakı insan qısa danışmağını xahiş edir. Müqəddəs Kitab dərsi təklif et (lmd dərs 2, bənd 5).
7. Söhbətə başlamaq
(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Söhbət zamanı Müqəddəs Kitabdan bəhs etmədən Yehovanın Şahidi olduğunu təbii şəkildə bəlli etməyə çalış və Müqəddəs Kitab dərsi təklif et (lmd dərs 2, bənd 4).
Nəğmə 96
8. Müjdəçi Filipdən örnək götürün
(15 dəq.). Müzakirə.
Müqəddəs Kitabda bizim üçün həm örnək, həm də ibrət olan hadisələr yazılıb. Onlardan nümunə götürmək üçün gərək vaxt ayırıb bu hadisələri mütaliə edək, öyrəndiyimiz dərslərin üzərində düşünək və onlara uyğun davranaq.
Müjdəçi Filip «ruh və hikmətlə dolu» bir məsihi kimi tanınırdı (Hv 6:3, 5). Onun nümunəsindən nə öyrənə bilərik?
«Onlardan nümunə götürək. Müjdəçi Filip» adlı VİDEONU göstər. Sonra auditoriyadan aşağıdakı məqamlardan nə öyrəndiklərini soruş:
9. Müqəddəs Kitab dərsi
(30 dəq.) bt fəs. 14, abz. 11—20