Kontentə keç

Mündəricatı göstər

29 iyul — 4 avqust

ZƏBUR 69

29 iyul — 4 avqust

Nəğmə 13 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. İsanın həyatında baş verənlərlə bağlı 69-cu məzmurda yazılan peyğəmbərliklər

(10 dəq.)

İnsanlar İsaya səbəbsiz yerə nifrət edirdilər (Zb 69:4; Yh 15:24, 25; w11 15/8 s. 11, abz. 17)

İsa Yehovanın evinin qeyrətini çəkirdi (Zb 69:9; Yh 2:13—17; w10 15/12 s. 8—9, abz. 7, 8)

İsa mənəvi iztirab çəkdi və ona içinə acı bir şey qatılmış şərab verdilər (Zb 69:20, 21; Mt 27:34; Lk 22:44; Yh 19:34; g95-E 22/10 s. 31, s. 4; it-2-E s. 650)


DÜŞÜNÜN: Yehova nəyə görə Tövratda Məsihlə bağlı peyğəmbərliklər yazdırıb?

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 69:30, 31. Bu ayələr daha dolğun dualar etməyə necə kömək edə bilər? (w99-E 15/1 s. 18, abz. 11)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Zb 69:1—25 (th dərs 2)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Səbir. İsa Məsihin qoyduğu nümunə

(7 dəq.) Müzakirə. VİDEONU göstər və sonra müzakirə et: lmd dərs 8, bənd 1, 2

5. Səbir. İsa Məsih kimi davran

MƏSİHİ HƏYATI

Nəğmə 134

6. Yığıncağın tələbatları

(5 dəq.)

7. Ailəvi ibadət keçirməklə bağlı prinsiplər

(10 dəq.). Müzakirə.

2009-cu ilin yanvar ayından Yığıncağın kitaböyrənməsi Teokratik Xidmət Məktəbi və Xidməti görüş ilə birləşdirilərək həftəiçi bir görüş təşkil edildi. Bunun sayəsində ailələr hər həftə özləri ailəvi ibadət keçirə biləcəkdilər. Çoxları bu dəyişikliyə görə minnətdar olmuşdular, çünki bunun sayəsində Yehovaya və bir-birilərinə daha yaxın ola bilmişdilər (Qn 6:6, 7).

Ailəvi ibadəti səmərəli keçirə bilmələri üçün ailə başçılarına hansı prinsiplər kömək edə bilər?

  • Müntəzəmliyi qoruyun. Mümkündürsə, hər həftə üçün konkret vaxt təyin edin. Gözlənilməz nəsə baş verəndə ailəvi ibadəti başqa günə keçirin

  • Hazırlaşın. Mövzu seçərkən yoldaşınızla məsləhətləşin və uşaqlarınızdan soruşun. Ətraflı şəkildə hazırlaşmağa ehtiyac yoxdur, xüsusilə də əgər ailəniz hər həftə eyni məşğuliyyəti görməyi xoşlayırsa

  • Mövzunu ailənin tələbatlarına uyğunlaşdırın. Uşaqlar böyüdükcə onların tələbatları və bacarıqları dəyişir. Seçəcəyiniz mövzu ailənin hər bir üzvünə ruhani cəhətdən inkişaf etməyə kömək etməlidir

  • Mehriban və sərbəst mühit yaradın. Hərdən əlverişli olanda ailəvi ibadəti açıq havada keçirə bilərsiniz. Ehtiyac yarananda fasilə verin. Düzdür, ailəvi ibadət bəzi konkret problemləri həll etmək üçün əlverişli vaxtdır, amma ehtiyatlı olun ki, bundan uşaqları danlamaq və cəzalandırmaq üçün istifadə etməyəsiniz

  • Rəng qatın. Misal üçün, istəsəniz, növbəti ibadət görüşündəki hansısa bəndə hazırlaşa bilərsiniz, jw.org saytından videoya baxıb müzakirə edə bilərsiniz, yaxud da təbliğ zamanı insanlara necə cavab verəcəyinizi məşq edə bilərsiniz. Düzdür, müzakirə ailəvi ibadətin özəyidir, amma ailə üzvləri fərdi mütaliə etmək üçün də vaxt ayrıla bilərlər

Bu sualı müzakirə et:

  • Bu prinsipləri ailəvi ibadətinizdə necə tətbiq edə bilərsiniz?

8. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 114 və dua