Yehovaya güvən, yaxşılıq et
«Haqsızlıq edənlərin paxıllığını çəkmə»
-
Yol verməyin ki, şər insanların dırnaqarası uğuru sizi Yehovaya ibadətdən yayındırsın. Diqqətinizi ruhani nemətlərə və məqsədlərə cəmləyin
«Yehovaya güvən, yaxşılıq et»
-
Nə narahatçılığınız varsa, Yehovanın üzərinə qoyun; əmin olun, O, sizə dayaq olacaq, sədaqətinizi qorumağa kömək edəcək
-
Daima Padşahlıq haqda müjdənin təbliği ilə məşğul olun
«Qoy səadətin Yehova olsun»
-
Hər gün Allahın Kəlamını oxumaq və üzərində düşünmək sizə Yehovanı daha yaxından tanımağa kömək edəcək
«Yolunu Yehovaya tapşır»
-
Əmin olun ki, Yehova sizə istənilən problemin öhdəsindən gəlməyə kömək edəcək
-
Təqiblər, sınaqlar vaxtı və ya sizə böhtan atılanda nümunəvi davranın
«Yehovanın hüzurunda sükut et, Onu səbirlə gözlə»
-
Düşünülməmiş hərəkətlər insanı sevincdən məhrum edə və ruhani təhlükə yarada bilər. Gəlin belə hərəkətlərdən qaçaq
«Həlimlər yer üzünə sahib olacaqlar»
-
Həlim və təvazökar olub qarşılaşdığınız ədalətsizliyi Yehovanın aradan qaldıracağı vaxtı gözləyin
-
Həmimanlılarınızı və təsəlliyə ehtiyacı olanları tezliklə yeni dünyada alacaqları xeyir-dualar barədə danışaraq ruhlandırın