MƏSİHİ HƏYATI
Xidmətdə püxtələşək. Videolardan istifadə edin
NƏ ÜÇÜN VACİBDİR?
Videolar insanın ürəyinə güclü təsir edə bilər. Çünki video vasitəsilə insan məlumatı həm görür, həm də eşidir. Videolar diqqəti cəmləməyə kömək edir və uzun müddət yadda qalır. Yehova da öyrədərkən görüntülərdən istifadə etmişdi (Hv 10:9—16; Vh 1:1).
«İlahi müjdə» broşürünün 2-ci və 3-cü dərsini keçəndə əlavə olaraq «Allahın adı varmı?», «Müqəddəs Kitabın müəllifi kimdir?», «Müqəddəs Kitabın doğruluğuna necə əmin ola bilərik?» adlı videoları da göstərə bilərsiniz. «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?», «Müqəddəs Kitab dərsləri necə keçirilir?» və «İbadət görüşlərimiz necə keçirilir?» adlı videolar insanı Müqəddəs Kitabı araşdırmağa və yığıncaqlara gəlməyə təşviq edə bilər. Uzunmetrajlı videolardan isə Müqəddəs Kitab dərslərində istifadə etmək olar (km 5/13 s. 3).
NECƏ ETMƏLİ?
-
Ev sahibinə göstərmək istədiyiniz videonu əvvəlcədən yükləyin
-
Videoya əsasən bir və ya iki sual hazırlayın
-
Videoya birlikdə baxın
-
Əsas fikirləri müzakirə edin
BUNU ETMƏYƏ ÇALIŞIN:
-
Bukletlərimizin birinin son səhifəsində yerləşən «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» videosunun QR kodunu göstərin
-
«Müqəddəs Kitabın doğruluğuna necə əmin ola bilərik?» videosunu göstərin, «İlahi müjdə» broşürünü təklif edin və 3-cü dərsi vurğulayın