MƏSİHİ HƏYATI
Valideynlər, övladınıza Allahın yolunda tərəqqi etməyə kömək edin
Yehova Allahı sevən hər bir valideynin arzusu odur ki, övladı Yehovanın sadiq xidmətçisi olsun. Valideynlər Müqəddəs Kitabdakı təlimləri körpəlikdən uşaqlarının ürəyinə həkk etsələr, bu arzularına çata bilərlər (Qn 6:7; Ms 22:6). Bu işdə fədakarlıq tələb olunur. Lakin bunun mükafatı hər əziyyətə dəyər (3Yh 4). Valideynlər Yusiflə Məryəmin nümunəsindən çox şey öyrənə bilər. Onlar «hər il Yerusəlimə Pasxa bayramına gedirdilər», baxmayaraq ki, bu, asan deyildi, həm də çoxlu xərc tələb edirdi (Lk 2:41). Onlar üçün birinci yerdə ailənin ruhani tələbatları dururdu. Bu gün də valideynlər hər fürsətdə uşaqları sözləri və əməlləri ilə öyrədərək onları düzgün istiqamətə yönəldə bilər (Zb 127:3—5).
«ONLAR HƏR FÜRSƏTİ DƏYƏRLƏNDİRDİLƏR» ADLI VİDEOYA BAXIN, SONRA AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:
-
Con və Şaron Şiller cütlüyü ailə qayğılarına baxmayaraq, Padşahlığın maraqlarını həyatlarında hər şeydən üstün tutmaq üçün nə edirdilər?
-
Nəyə görə valideynlər hər uşağın tərbiyəsinə fərdi yanaşmalıdır?
-
Valideynlər uşaqlarını iman sınağından üzüağ çıxmağa necə hazırlaya bilər?
-
Övladınızın həqiqət yolunda inkişaf etməsi üçün Yehovanın təşkilatının təqdim etdiyi hansı vəsaitlərdən istifadə edirsiniz?