MƏSİHİ HƏYATI
Sosial şəbəkələrdən istifadə edərkən özünüzü gözləyin
NƏ ÜÇÜN VACİBDİR? Bir çox şeylər kimi sosial şəbəkələrin də xeyri ilə yanaşı, ziyanı da var. Bəzi məsihilər sosial şəbəkələrdən ümumiyyətlə istifadə etmir. Digər məsihilər isə qohumları ilə, dost-tanışları ilə əlaqə saxlamaq üçün sosial şəbəkələrə müraciət edir. Lakin bu şəbəkələrdən istifadə edərkən ehtiyatlı olmalıyıq. Çünki Şeytan bu sahədə də bizi tora salmaq istəyir. Əgər sosial şəbəkələrdən düzgün istifadə etməsək, həm adımız, həm də Yehova ilə münasibətimiz korlanar. İsa kimi biz də Allahın Kəlamındakı prinsipləri rəhbər tutsaq, təhlükələri görüb onlardan qaça bilərik (Lk 4:4, 8, 12).
TƏLƏLƏR:
-
Sosial şəbəkələrdən həddən artıq istifadə etmək. Sosial şəbəkələrdə çox vaxt keçirsək, ruhani işlərə vaxtımız qalmayacaq
Prinsiplər: Ef 5:15, 16; Fp 1:10
-
Şübhəli materialları nəzərdən keçirmək. Ehtiras oyadan şəkillərə baxmaq pornoqrafiya aludəçiliyinə və əxlaqsızlığa gətirib çıxara bilər. Dönüklərin yazdığı materialları və ya onların bloqlarında yazılanları oxumaq imanımızı sarsıda bilər
-
Namünasib şərhlər yazmaq və ya şəkillər yerləşdirmək. Xain ürək insanı sosial şəbəkələrdə namünasib şərhlər yazmağa, şəkillər yerləşdirməyə sövq edə bilər. Lakin bu, insanın adına ləkə gətirər və ya onun ruhani cəhətdən zəifləməsinə səbəb olar
«SOSİAL ŞƏBƏKƏDƏN İSTİFADƏ EDƏRKƏN EHTİYATLI OL» ADLI VİDEOYA BAXIN VƏ NÖVBƏTİ VƏZİYYƏTLƏRƏ DÜŞMƏMƏK ÜÇÜN NƏ EDƏ BİLƏCƏYİNİZ BARƏDƏ DÜŞÜNÜN: