Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Məsihin izi ilə gedin

Məsihin izi ilə gedin

İsa bizə gözəl nümunə qoyub. Onun nümunəsi bizə xüsusilə təqiblər və sınaqlarla üzləşərkən kömək edə bilər (1Bt 2:21—23). İsa əzab çəkəndə belə, təhqirə təhqirlə cavab vermirdi (Mr 15:29—32). Ona dözməyə nə kömək edirdi? Onun üçün ən vacibi Yehovanın iradəsini yerinə yetirmək idi (Yh 6:38). O, həmçinin diqqətini «qarşıda onu gözləyən sevincə» cəmləmişdi (İb 12:2).

Bəs biz imanımıza görə pis rəftarla qarşılaşanda nə edirik? Həqiqi məsihilər pislik əvəzinə pislik etməməlidirlər (Rm 12:14, 17). Biz əzablara İsa kimi tab gətirəndə sevinə bilərik, çünki bununla Allahı razı salırıq (Mt 5:10—12; 1Bt 4:12—14).

«ƏN ƏSAS YEHOVANIN ADIDIR» ADLI VİDEOYA BAXIN VƏ AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:

  • Pötzinger bacı təkadamlıq kamerada olanda vaxtından necə istifadə etmişdi?

  • Pötzinger cütlüyü alman islah düşərgələrində hansı çətinliklərlə üzləşmişdilər?

  • Onlara dözməyə nə kömək etmişdi?

Əzab çəkəndə belə, Məsihin izlərilə gedin