MƏSİHİ HƏYATI
Əyləncə seçərkən ağılla davranın
Nəyə görə biz əyləncə seçərkən ağılla davranmalıyıq? Çünki film, musiqi, kitab, vebsayt, yaxud video oyun seçərkən beynimizi nə ilə dolduracağımıza qərar veririk. Bizim seçimlərimiz davranışımıza təsir edir. Təəssüflər olsun ki, bugünkü əyləncələrin çoxu Yehovaya ağır gedən əməlləri təcəssüm etdirir (Zb 11:5; Qt 5:19—21). Bu səbəbdən Müqəddəs Kitab təşviq edir ki, Yehovaya şərəf gətirən şeylər barədə düşünək (Fp 4:8).
«SEÇDİYİM ƏYLƏNCƏ NECƏ OLMALIDIR?» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
-
Bəzi müasir əyləncələr qədim qladiator döyüşlərinə necə bənzəyir?
-
Yığıncağın üzvləri gənclərə əyləncə seçərkən ağılla davranmağa necə kömək edə bilər?
-
Romalılara 12:9 ayəsi əyləncə seçimimizə necə təsir etməlidir?
-
Ərazinizdə Müqəddəs Kitaba zidd getməyən hansı əyləncələr var?