MƏSİHİ HƏYATI
Təcrübəli məsihilərdən nə öyrənə bilərsiniz?
Yığıncaqlarımızda Yehovaya onilliklərlə xidmət edən bacı-qardaşlar var. Onların Yehovaya etibarından çox şey öyrənə bilərik. Onlardan Yehovanın təşkilatının tarixi barədə, üzləşdikləri çətinliklər və Yehovanın köməyi ilə bu çətinliklərə necə sinə gərdikləri barədə soruşa bilərik. Bu əziz bacı-qardaşlarımızı ailəvi ibadət axşamına dəvət edib, maraqlı hadisələr danışmağı xahiş edə bilərik.
Əgər siz də uzun illərdir Yehovaya xidmət edirsinizsə, öz təcrübənizdən gənc məsihilərə danışın. Yaqub və Yusif Yehovanın onlar üçün etdiyi işlər barədə övladlarına danışmışdı (Yr 48:21, 22; 50:24, 25). Sonralar Yehova ailə başçılarına buyurmuşdu ki, övladlarına Onun qüdrətli işləri haqqında danışsınlar (Qn 4:9, 10; Zb 78:4—7). Bizim dövrümüzdə valideynlər və yığıncaqdakı məsihilər Yehovanın Öz təşkilatı vasitəsilə etdiyi və özlərinin şahid olduğu heyrətamiz işlərdən gələcək nəslə danışa bilər.
«QADAĞALARA BAXMAYARAQ, BİRLİK QORUNUR» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
-
Avstriya filialı təbliğ işinin qadağan olunduğu bəzi ölkələrdə dindaşlarımıza necə kömək edib?
-
Bu ölkələrdəki dindaşlarımız imanlarını necə möhkəm saxlaya bilmişdilər?
-
Rumıniyada çoxlu sayda təbliğçi nəyə görə Yehovanın təşkilatından ayrılmışdı və onlar necə geri qayıtdılar?
-
Bu hadisələr sizin imanınızı necə möhkəmləndirir?