Mömin Əyyub fəryad edir
Əyyubun mal-mülkü talan olub, övladları həlak olub, özü isə ağır xəstəliyə mübtəla olub. Buna baxmayaraq, o, Allaha sadiq qalıb. Buna görə də Şeytan onu ruhdan salmaq istəyir ki, o, Allahı dansın. Əyyubun üç dostu gəlir. Əvvəlcə, onlar özlərini elə göstərirlər ki, guya onun halına yanırlar. Sonra yeddi gün səssiz-səmirsiz Əyyubun yanında otururlar, ona təsəlli vermək üçün ağızlarını açıb bir kəlmə də olsun demirlər. Sonra isə onu qınamağa, günahlandırmağa başlayırlar.
Əyyub dostlarının onu qınaq və töhmət sahibi etməsinə baxmayaraq, Yehovaya sadiq qaldı
-
Əyyub dərdinin şiddətindən yanlış nəticəyə gəlmişdi. Düşünürdü ki, onun sadiq qalması heç Allahın vecinə də deyil
-
O elə ruhdan düşmüşdü ki, əzablarının səbəbini başqa şeydə axtarmağı ağlına gətirmirdi
-
Çəkdiyi sitəmlərə baxmayaraq, Əyyub onu günahlandıran yoldaşlarına Allaha sevgisindən danışırdı