Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Fidyə sayəsində mümkün olan dirilmə

Fidyə sayəsində mümkün olan dirilmə

Fidyə qurbanlığı sayəsində bizi gələcəkdə gözəl nemətlər gözləyir. Məsihin ölümünü anma mərasimi onlar barədə düşünmək üçün çox yaxşı imkandır. Bu nemətlərdən biri dirilmədir. Yehova heç vaxt insanların ölməsini niyyət etməyib. Məhz elə buna görə əziz adamın ölümü insana dözülməz ağrı gətirir (1Kr 15:26). İsa İlazərin ölümünə görə şagirdlərinin kədərləndiyini görəndə çox pis olmuşdu (Yh 11:33—35). İsa tam şəkildə Atasına bənzəyirdi. Buna görə də əmin ola bilərik ki, doğma insanın ölümünə görə qəm-qüssə çəkməyimiz Yehovanın da qəlbini ağrıdır (Yh 14:7). Yehova ölən xidmətçilərini yenidən həyata qaytaracağı vaxtın intizarındadır. Biz də həmin vaxtı səbirsizliklə gözləməliyik (Əy 14:14, 15).

Yehovanın nizam-intizamı sevdiyini nəzərə alsaq, belə düşünmək məntiqəuyğundur ki, dirilmə nizamlı şəkildə baş verəcək (1Kr 14:33, 40). Dəfn mərasimlərinin yerini dirilənləri qarşılamaq mərasimləri tutacaq. Siz heç dirilmə barədə düşünürsünüz? Xüsusilə də kədərli vaxtlarda bu barədə düşünməyin böyük köməyi dəyə bilər (2Kr 4:17, 18). Fidyəni təqdim etdiyinə və Müqəddəs Kitabda ölüləri dirildəcəyini yazdırdığına görə Yehovaya şükür edirsiniz? (Kl 3:15).

  • Hansı dostunuzun və ya qohumunuzun dirilməsini səbirsizliklə gözləyirsiniz?

  • Müqəddəs Kitabın hansı personajı ilə görüşüb söhbət etməyi arzulayırsınız?