Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Qonaqları qarşılayın

Qonaqları qarşılayın

Martın 23-ü keçiriləcək anma mərasiminə 12 milyon və ya daha çox insanın gələcəyi gözlənilir. Natiqin Yehovanın verdiyi fidyə bəxşişi və bu bəxşişin insanlara gətirəcəyi nemətlər barədə danışması onlar üçün böyük şahidlik olacaq (Əş 11:6—9; 35:5, 6; 65:21—23; Yh 3:16). Lakin bu xüsusi mərasimdə şahidlik verən təkcə məruzəçi olmayacaq. Hər birimiz qonaqları gülərüzlə qarşılayaraq yaxşı şahidlik verə bilərik (Rm 15:7). Bir neçə məsləhəti nəzərdən keçirək.

  • Dərhal yerinizdə oturub proqramın başlamasını gözləməyin. Qonaqları, qeyri-fəalları gülərüzlə, mehribanlıqla salamlayın.

  • Düzdür, təbii ki, özünüzün dəvət etdiyiniz adamlara xüsusi diqqət göstərəcəksiniz, ancaq dəvətnamə alıb gələnləri də nəzərdən qaçırmayın. Qonaqlara yanınızda oturmağı təklif edin, öz Müqəddəs Kitabınızdan ayələri göstərin, nəğmə oxunarkən qoyun o da sizinlə bərabər nəğmə broşürünüzdən oxusun.

  • Məruzədən sonra onun suallarına cavab verin. Əgər yığıncağınız həmin yeri tez tərk etməlidirsə, yaxın günlərdə onunla görüşmək üçün sözləşin. Əgər əlaqə saxlamaq üçün sizdə onun ünvanı və ya telefon nömrəsi yoxdursa, onda belə demək olar: «İstəyərdim proqramla bağlı fikrinizi öyrənim. Sizinlə necə əlaqə saxlamaq olar?»