Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

«Yehova Allahın müasir xalqı» broşüründən necə istifadə etməliyik?

«Yehova Allahın müasir xalqı» broşüründən necə istifadə etməliyik?

«Yehova Allahın müasir xalqı» broşürünü dərsin ya əvvəlində, ya da sonunda istifadə etmək olar *. 1—4 dərslər şagirdi bizimlə tanış etmək, 5—14 dərslər fəaliyyətimiz barədə məlumat vermək, 15—28 dərslər təşkilatın idarə sistemi haqda məlumatlandırmaq üçün nəzərdə tutulub. Dərsləri ardıcıl keçmək məsləhətdir, ancaq şagirdin marağını nəzərə alaraq, ardıcıllığı pozmaq da olar. Hər mövzu bir səhifədən ibarət olduğu üçün dərsi keçməyə 5—10 dəqiqə vaxt lazımdır.

  • Hər dərsin adını vurğulayın

  • Dərsi birdəfəyə də, hissə-hissə də oxumaq olar

  • Oxuduğunuz hissəni müzakirə edin. Fəslin axırındakı suallardan və şəkillərdən istifadə edin. Fəsildəki ayələrə gəldikdə, münasib bildiyiniz ayəni oxuyub müzakirə edə bilərsiniz. Qara hərflərlə yazılmış başlıqların fəslin adı ilə bağlı olduğunu vurğulayın

  • Fəsildə «Tövsiyə» çərçivəsi varsa, onu da oxuyun və şagirdi orada verilən məsləhətə əməl etməyə təşviq edin

^ abz. 3 Bu broşürün onlayn versiyası yenilənib.