Kontentə keç

Mündəricatı göstər

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏRƏMYA 12—16

İsraillilər Yehovanı unutdu

İsraillilər Yehovanı unutdu

Yehova Ərəmyaya verdiyi çətin tapşırıq vasitəsilə tərs və qürurlu Yəhuda ilə Yerusəlim əhlinə əyani şəkildə göstərmək istəyirdi ki, onları cəzalandıracaq.

Ərəmya kətan qurşaq alır

13:1, 2

  • Qurşağın belə bağlanması vaxtilə Yehova ilə xalqının arasında olan yaxın münasibəti təmsil edir

Ərəmya qurşağı götürüb Fərat çayının yanına gedir

13:3—5

  • O, qurşağı qaya oyuğunda gizlədib Yerusəlimə qayıdır

Ərəmya qurşağı götürmək üçün yenidən Fərat çayının yanına qayıdır

13:6, 7

  • Qurşaq çürümüşdü

Yehova Ərəmyaya tapşırığın məğzini o, tapşırığı yerinə yetirəndən sonra izah edir

13:8—11

  • Ərəmyanın ilk baxışdan əhəmiyyətsiz görünən tapşırığı yerinə yetirməsi sayəsində Yehova Allah xalqına əyani şəkildə vacib bir həqiqəti başa saldı