Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Qoymayın ailəniz Yehovanı unutsun

Qoymayın ailəniz Yehovanı unutsun

Ərəmya peyğəmbər Yehova Allahın buyruğu ilə yəhudiləri xəbərdar etməli idi ki, Allahlarını unutduqları üçün onların başına bəla gələcək (Ər 13:25). Nəyə görə yəhudilərin ibadəti belə bərbad vəziyyətdə idi? Çünki ailələrin Yehova ilə münasibətləri pozulmuşdu. Görünür, ailə başçıları Qanunun təkrarı 6:5—7 ayələrində verilən göstərişlərə əməl etmirdilər.

Bu gün Yehova ilə münasibətlərinə ciddi yanaşan ailələr yığıncağa böyük dəstəkdirlər. Ailə başçıları ailəvi ibadəti müntəzəm və maraqlı keçirməklə ailələrinə Yehovanı unutmamağa kömək edirlər (Zəb. 22:27). «Əmr etdiyim sözlər ürəyinə həkk olunsun. Müsahibə» adlı videonun nümayişindən sonra auditoriyaya növbəti sualları ver:

  • Bəzi ailələr ailəvi ibadətin keçirilməsinə əngəl törədən problemlərin öhdəsindən necə gəlirlər?

  • Ailəvi ibadətin müntəzəm və maraqlı keçməsi hansı nəticələri gətirir?

  • Ailəvi ibadət məsələsində mənə nələr mane olur və onları necə həll edə bilərəm?