Kontentə keç

Mündəricatı göstər

Nümunə üçün təqdimələr

Nümunə üçün təqdimələr

«GÖZƏTÇİ QÜLLƏSİ»

Sual: Sizcə, Allahın biz insanlara bəxş etdiyi ən gözəl ənam hansıdır?

Ayə: Rm 3:24

Nəşr: «Gözətçi qülləsi» jurnalının bu sayında çox maraqlı bir mövzu müzakirə olunur: nəyə görə Allah İsa peyğəmbərin ölümünə izin verdi və nə üçün onun qurbanlığı ənam sayılır?

«ALLAHIN PADŞAHLIĞI NƏDİR?»

Sual: [Bukletin üz qabığını göstər.] Bu suala necə cavab verərdiniz? Sizcə, Allahın Padşahlığı məcazi mənada deyilmiş ifadədir, göydə qurulmuş hökumətdir, yoxsa başqa bir şeydir?

Ayə: Dn 2:44; Əş 9:6

Nəşr: Bukletdə Allahın Padşahlığının insanlar üçün nələr edəcəyi yazılıb.

ANMA MƏRASİMİNƏ DƏVƏTNAMƏ

Nəşr: Biz çox vacib mərasimə dəvətnamə paylayırıq. [Həmsöhbətinə dəvətnamə ver.] Aprelin 11-i dünyada milyonlarla insan İsa Məsihin ölümünü yad etmək və onun ölümünün bizə hansı faydanı gətirdiyi barədə Müqəddəs Kitaba əsaslanan məruzəyə qulaq asmaq üçün toplaşacaq. Dəvətnamədə bizim ərazidə görüşün keçirildiyi vaxt və yer yazılıb. Yolunuzu gözləyəcəyik.

ÖZ TƏQDİMƏNİ HAZIRLA

Bu təqdimələri nümunə götürərək öz təqdimənizi hazırlayın.