Kontentə keç

Mündəricatı göstər

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | MƏTTA 25

«Oyaq qalın»

«Oyaq qalın»

25:1—12

İsa Məsihin on qız haqqındakı məsəli məsh olunmuş məsihilər haqqında olsa da, bu məsəl bütün məsihilərə aiddir (w15 15/3 s. 12—16). «Buna görə də oyaq qalın, çünki o günü və o saatı bilmirsiniz» (Mt 25:13). Bəs bu məsəlin mənası nədir?

  • Bəy (1-ci ayə— İsa Məsih

  • Ağıllı və hazırlıqlı qızlar (2-ci ayə— öz təyinatlarını həmişə sədaqətlə yerinə yetirən və nur kimi parlayan məsh olunmuş məsihilər (Fp 2:15)

  • Kimsə qışqırdı: «Bəy gəlir» (6-cı ayə— İsa Məsihin hüzurunun əlaməti

  • Ağılsız qızlar (8-ci ayə— bəyi qarşılamağa çıxan, lakin ayıqlığını və sadiqliyini qorumayan məsh olunmuş məsihilər

  • Ağıllı qızlar yağlarından vermirlər (9-cu ayə— sonuncu möhürlənmədən sonra böyük müsibətdə sadiq məsh olunmuşlar sadiq qalmayan məsh olunmuşlara kömək edə bilməyəcəklər

  • «Bəy gəlib çıxdı» (10-cu ayə— İsa Məsih hökm çıxartmaq üçün böyük müsibətin sonuna yaxın gələcək

  • Ağıllı qızlar bəylə toy məclisinə girdilər və qapı bağlandı (10-cu ayə— böyük müsibətin sonuna yaxın Məsih öz calalı ilə gələndə sadiq məsh olunmuşları göyə toplayacaq. Qapı ağılsız qızlara bənzəyən, sadiq qalmayan məsh olunmuşların üzünə bağlanacaq