MƏSİHİ HƏYATI
Xidmətdə püxtələşək. Məktubu yaxşı tərtib edin
NƏ ÜÇÜN VACİBDİR? Bulus dindaşlarını ruhlandırmaq üçün on dörd məktub yazmışdı. Korinflilərə yazdığı birinci məktub da bu məktublardan biridir. Məktub yazanda adam sözləri diqqətlə ölçüb-biçə bilir. Məktubu alan isə onu dönə-dönə oxuya bilir. Məktub qohumlara və tanış-bilişə təbliğ etmək üçün yaxşı üsuldur. Bu üsul həmçinin üz-üzə danışa bilmədiyimiz insanlara təbliğ etmək üçün də çox əlverişlidir. Məsələn, ola bilər, kimsə həqiqətə maraq göstərib, amma onu evdə tapmaq çətindir. Ərazinizdəki bəzi insanlara təbliğ etmək çətin ola bilər, çünki onlar yaxşı mühafizə olunan binalarda, qapalı yaşayış kompleksində, yaxud təcrid olunmuş yerlərdə yaşayırlar. Məktub yazanda, xüsusən də məktubu tanımadığınız adama yazanda nələri nəzərə almaq lazımdır?
NECƏ ETMƏLİ?
-
Üz-üzə nə deyərdinizsə, onu yazın. Məktubun əvvəlində özünüzü təqdim edin və məktubu nəyə görə yazdığınızı aydın bildirin. İnsana düşünməsi üçün sual verin və veb-saytımıza yönləndirin. Sonra ona insanlarla Müqəddəs Kitab dərsi keçdiyinizi bildirin, yaxud təlim vəsaitlərinin birindən bəzi fəsillərin adını yazın. Məktuba nəşr, məsələn, vizit kart, dəvətnamə və ya buklet qoya bilərsiniz.
-
Qısa yazın. Məktub uzun-uzadı olsa, oxucu bezə bilər (məktub formasına baxın).
-
Yazıb qurtardıqdan sonra bir də oxuyun, diqqət yetirin ki, mətndə səhv olmasın, məktub aydın başa düşülsün, nəzakətli, dostyana və müsbət tonda olsun. Zərfə lazım olan qədər marka vurun.