MƏSİHİ HƏYATI
Məktub forması
-
Öz ünvanınızı yazın. Əgər öz ünvanınızı yazmağı münasib bilmirsinizsə, ağsaqqalların icazəsi ilə ibadət evinin ünvanını yaza bilərsiniz. Öz ünvanınız kimi QƏTİYYƏN filialın ünvanını yazmayın.
-
Əgər insanın adını bilirsinizsə, adını yazın. Bunun sayəsində, insan məktubun reklam xarekteri daşıdığını düşünməyəcək.
-
Orfoqrafiya qaydalarına, qrammatikaya və durğu işarələrinə fikir verin. Məktub təmiz, səliqəli olmalıdır. Əllə yazacaqsınızsa, xəttiniz aydın oxunmalıdır. Məktubun dili nə çox sadə, nə də çox rəsmi olmamalıdır.
Nümunə üçün olan məktub formasında bu məqamlara diqqət yetirilib. Bu o demək deyil ki, hər dəfə məktub yazanda bu formanı sözbəsöz köçürməlisiniz. Məktub yazarkən məqsədinizi, yerli şəraiti və mədəniyyəti nəzərə alın.