«Azacıq maya bütün xəmiri acıdır»
Kiminsə yığıncaqdan kənar edilməsi insana qəlb ağrısı verdiyi halda, necə demək olar ki, bu, məhəbbətdən irəli gələn tədbirdir?
Günahkarı yığıncaqdan kənar etməklə...
-
Yehovaya məhəbbət göstərilir, çünki Onun müqəddəs adı şərəflənir (1Bt 1:15, 16).
-
yığıncağa məhəbbət göstərilir, çünki yığıncaq pis təsirlərdən qorunur (1Kr 5:6).
-
günahkarın özünə məhəbbət göstərilir, çünki bununla o, günahının ciddiliyini başa düşür (İb 12:11).
Ailə üzvü yığıncaqdan kənar edilmiş məsihilərə necə dayaq ola bilərsiniz?