MƏSİHİ HƏYATI
Xidmətdə püxtələşək. Gözdən əlil insanlara təbliğ edin
NƏ ÜÇÜN VACİBDİR? Gözdən əlil adamların çoxu yadlarla danışmağa meyilli olmur. Buna görə də onlara şahidlik etmək üçün əsl bacarıq tələb olunur. Yehova nəvazişlə korların qayğısına qalır (Lv 19:14). Biz Yehovadan nümunə götürərək korlara ruhani cəhətdən kömək etməyə çalışmalıyıq.
NECƏ ETMƏLİ?
-
Gözdən əlil insanları «axtarın» (Mt 10:11). Bəlkə, tanışlarınızdan kiminsə ailə üzvü gözdən əlildir. Ərazinizdə gözdən əlillər üçün məktəblər, internatlar, yaxud başqa təşkilatlar var? Bəlkə, onlar gözdən əlillər üçün nəzərdə tutulan nəşrləri istəyər?
-
Maraq göstərin. Kor insanla dostyana danışanda, ona səmimi maraq göstərəndə, o özünü rahat hiss edir. Söhbətə yerli ərazidə maraqlı olan mövzudan başlayın.
-
Ruhani cəhətdən kömək göstərin. Gözdən əlil insanlara kömək etmək üçün təşkilat müxtəlif formatlarda nəşrlər çap edir. İnsandan hansı formatla öyrənməyə üstünlük verdiyini soruşun. Xidmət nəzarətçisi ədəbiyyatlara baxan qardaşın gözdən əlil insanın istədiyi formatda nəşri sifariş edib-etmədiyini yoxlamalıdır.