MƏSİHİ HƏYATI
Kimi dəvət edəcəyəm?
Hər il əlimizdən gələni edirik ki, ərazimizdəki insanları İsa Məsihin ölümünü anma mərasimini bizimlə birgə qeyd etməyə dəvət edək. Bu insanların çoxunu tanımırıq. Ancaq tanıdığımız insanları da dəvət etməliyik. Adətən, tanışlarından dəvət alan insanlar bu tədbirə gəlirlər (yb08-E s. 11—12, abz. 3; s. 14, abz. 1). Kimləri dəvət etmək olar?
-
Qohumları
-
İş və ya məktəb yoldaşlarını
-
Qonşuları
-
Təkrar söhbət etdiyimiz, əvvəllər və ya hazırda dərs keçdiyimiz adamları
Bundan başqa, ağsaqqallar qeyri-fəalları dəvət edəcəklər. Bəs əgər tanışlarınız sizin yaşadığınız yerdə yaşamırsa, onda necə? O zaman jw.org saytının ön səhifəsinin yuxarısında HAQQIMIZDA bölməsinə daxil olun, sonra isə «Anma mərasimi» səhifəsinə daxil olun. Oradan həmin adamın yaşadığı ərazidə anma mərasiminin keçirilmə vaxtını və yerini öyrənə bilərsiniz. Bu il mərasimə hazırlaşarkən kimləri dəvət edəcəyiniz barədə düşünün, sonra isə onları dəvət edin.