Kontentə keç

Mündəricatı göstər

Butrus və Yəhya b. e. 33-cü ilində Pasxa bayramı üçün üst mərtəbədəki otağı hazırlayır

MƏSİHİ HƏYATI

Anma mərasiminə hazırlaşırsınız?

Anma mərasiminə hazırlaşırsınız?

İsanın keçirdiyi sonuncu Pasxa bayramı əlamətdar idi. Tezliklə öləcəyi üçün o, Pasxa yeməyini həvariləri ilə birgə yeməyi və Ağanın şam yeməyi adlanan mərasimi təsis etməyi planlaşdırırdı. Bu mərasim hər il keçiriləcəkdi. İsa Butrusla Yəhyanı mərasim üçün otağı hazırlamağa göndərdi. (Lk 22:7—13; üz qabığındakı şəklə baxın.) Bu bizə martın 27-də qeyd ediləcək anma mərasiminə hazırlaşmalı olduğumuzu xatırladır. Yığıncaqlar, ehtimal ki, növbəti hazırlıqları görür: natiqi təyin edir, simvolları təşkil edir və s. Bəs hər birimiz anma mərasiminə şəxsən necə hazırlaşa bilərik?

Ürəyinizi hazırlayın. Anma mərasimi ilə bağlı Müqəddəs Kitab parçalarını oxuyub üzərində düşünün. «Müqəddəs Yazıları hər gün araşdırın» broşüründə buna aid cədvəl var. «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin B12 əlavəsində daha təfərrüatlı cədvəl yerləşir. (Həmçinin «Məsihi həyatı və ibadəti. İş dəftəri»nin 2020-ci il aprel sayına baxın.) Ailələr «Gözətçi Qülləsi nəşrlərinin indeksi» və «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaiti vasitəsilə fidyənin vacibliyi barədə məlumatlar tapıb ailəvi ibadətlərində araşdıra bilərlər.

Başqalarını dəvət edin. Dəvət kampaniyasında tam iştirak edin. Düşünün görün təkrar söhbət etdiyiniz kəsləri, əvvəllər Müqəddəs Kitab dərsi keçdiyiniz şagirdləri, tanışlarınızı və qohumlarınızı dəvət edə bilərsiniz? Ağsaqqallar qeyri-fəalları dəvət etməlidirlər. Unutmayın ki, əgər kimsə sizin ərazidə yaşamırsa, onun yaşadığı ərazidə keçiriləcək anma mərasiminin yerini və vaxtını jw.org saytında HAQQIMIZDA bölməsində «Anma mərasimi» başlığına daxil olmaqla öyrənə bilərsiniz.

Daha necə hazırlaşa bilərik?