Kontentə keç

Mündəricatı göstər

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN | XİDMƏTDƏ SEVİNCİNİZİ ARTIRIN

Suallar verin

Suallar verin

«Xoşbəxt Allah» Yehova xidmətdən sevinc duymağımızı istəyir (1Tm 1:11). Xidmətdə püxtələşdikcə sevincimiz də artacaq. Suallar vermək maraq oyada bilər. Bu, söhbətə başlamağın təbii üsuludur. Suallar insanı düşünməyə və mülahizə yürütməyə təşviq edir (Mt 22:41—45). Suallar verib cavabı dinləyəndə biz sanki deyirik: «Sən mənim üçün dəyərlisən» (Yq 1:19). İnsanın verdiyi cavab söhbəti hansı istiqamətdə aparmağı müəyyən etməyə kömək edə bilər.

«XİDMƏTDƏ PÜXTƏLƏŞƏRƏK ŞAGİRD HAZIRLAMAĞIN SEVİNCİNİ DADIN. SUALLAR VERİN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Ceyddə hansı yaxşı xüsusiyyətlər var idi?

  • Nita Ceydlə maraqlandığını necə göstərdi?

  • Ceydin müjdəyə marağını artırmaq üçün Nita suallardan necə istifadə etdi?

  • Ceydi düşündürmək və nəticə çıxarmağa təşviq etmək üçün Nita suallardan necə istifadə etdi?